Bakıda Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü keçirilir

Bakıda Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü keçirilir


Bakıda xarici işlər naziri Elmar Məmmədyarovla Hindistanın xarici işlər naziri Suşma Svarac arasında görüş başlayıb.

ONN media-nın məlumatına görə, tərəflər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş keçiriləcək.

Görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, Hindistan XİN rəhbəri 5-6 aprel tarixlərində Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak edəcək.

Geri qayıt