Rusiya yenə Ukraynanı raket atəşinə tutdu

Rusiya yenə Ukraynanı raket atəşinə tutdu

Rusiya ordusu Ukraynanın əksər iri şəhərlərini növbəti dəfə raket atəşinə tutub.

ONN media xəbər verir ki, artıq bütün Ukrayna ərazisində həyəcan siqnalı verilib.

Məlumata görə, Kiyev, Odessa, Dnepropetrovsk, Poltava, Çerkassk, Xarkov və digər vilayətlərdə hava hücumundan müdafiə sistemləri işləyir.

Dnepr şəhərində 4 partlayış olub. Şəhərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Kiyev və Odessa şəhərlərinə də raket zərbələri endirilib.

Geri qayıt