FİLM KİMİ OLAY: Dəfn olunan gənc dirildi

FİLM KİMİ OLAY: Dəfn olunan gənc dirildi

Suriyanın Atarib qəsəbəsində çökmüş binanın dağıntıları altından çıxarılan suriyalı gənc qəbiristanlıqda dirilib.

ONN media xəbər verir ki, bu barədə “Dailystar” nəşri məlumat yayıb.

Suriyanın Atarib qəsəbəsində çökən binanın dağıntıları altından çıxarılan suriyalı gəncin heç bir həyat əlaməti göstərmədiyi üçün öldüyü güman edilirdi.

O vaxta qədər öldüyü güman edilən Əhməd əl-Məğribi qəbiristanlığa çatanda hər kəsi təəccübləndirib. O, hərəkət etməyə başlayıb. Gözlərinə inanmayan ailə gənci yenidən xəstəxanaya aparıblar.

Bu hadisəni işıqlandıran ölkə mətbuatı ürəyi dayanan adamın yenidən həyata qayıtmasının çox nadir hal olduğunu vurğulayan xəbərlər dərc edib

Geri qayıt