Putin Azərbaycan Prezidentini təbrik etdi

Putin Azərbaycan Prezidentini təbrik etdi


Rusiya Prezidenti Vladimir Putin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.

ONN media TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Rusiya lideri qeyd edib ki, onun inamlı qələbəsi yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir.

"Seçkilərdə inamlı qələbə İlham Əliyevin yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində onun xidmətlərinin qiymətləndirildiyini göstərir", - məktubunda deyilir.

Vladimir Putin Moskva ilə Bakı arasında dostluq və yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsi üzrə səylərini yüksək qiymətləndirib. Rusiya lideri birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, həmçinin regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu, Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verir.

Geri qayıt