"Qarabağ" böyük hesabla qalib gəldi

"Qarabağ" böyük hesabla qalib gəldi

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

ONN media xəbər verir ki, turun son matçında "Qarabağ" "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə xallarını 84-ə çatdıran Ağdam təmsilçisi zirvədəki yerini qoruyub və çempionluğa bir az da yaxınlaşıb. Ən yaxın izləyicisi "Sabah"ı 7 xal qabaqlayan "köhlən atlar" növbəti oyunda "Səbail"ə qalib gələcəyi halda sona 2 tur qalmış qızıl medalları təmin edəcək. 48 xalı olan "Qəbələ" isə 4-cü pillədə qərarlaşıb.

Geri qayıt