Tramp Kim Çen Inla şəxsən danışıqlar apardığını bildirib

Tramp Kim Çen Inla şəxsən danışıqlar apardığını bildirib


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla şəxsən danışıqlar apardığını  bildirib. Bu barədə APA  “RİA Novosti”yə istinadən xəbər verir.  

“Bəli”, - deyə D.Ttramp  jurnalistin müvafiq sualına lakonik cavab verib.

D.Tramp bir qədər sonra jurnalistlərin analoji sualına cavabında bu mövzuda çox danışmaq istəmədiyini bildirib.

“Prezidentlərin görüşünə dair danışıqlar ən yüksək səviyyədə aparılır”, - deyə prezident qeyd edib.  

Geri qayıt