Abdullah Gül müxalifətin vahid namizədi olacaq?

Abdullah Gül müxalifətin vahid namizədi olacaq?


Son günlərdə bütün cəmiyyəti maraqlandıran bir sual var, Türkiyənin 11-ci prezidenti Abdullah Gül müxalifətin vahid namizədi olacaqmı?

ONN media Türkiyə KİV-inə istinadən xəbər verir ki, sabiq prezidenti 24 iyunda keçirilən seçkilərdə prezidentliyə namizəd olmayacağını ifadə edib.

“Əhatəli bir razılaşma olmadığı üçün namizədliyimlə əlaqədar bir məsələ artıq müzakirə mövzusu deyil”, - o bildirib.

Qeyd edək ki, siyasi kuliarlarda Abdullah Gülün müxalifətin vahid namizədi olacağı barədə iddialar ortaya atılmışdı. Bu hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası tərəfindən etirazla qarşılanmışdı.

Geri qayıt