Mən gələcəyin ən gözəl günlərini İlham Əliyevdə görürəm – müsahibə

15 İyun-Milli Qurtuluş Günüdür. Azərbaycan tarixini bilən insanlar üçün Azərbaycan tarixini öyrənənlər üçün, Azərbaycan həqiqətlərinə tapınanlar üçün və Azərbaycan taleyini öz taleyi bilənlər üçün bu tarix həmişə müqəddəs olacaqdır. Bu gün bizim bütün sahələrdə işlərimiz uğurla gedir. Lakin məlum olduğu kimi, dövlətimiz var olduğu gündən tarixin keşməkeşli sınaqlarından çıxıb, kimi zaman burulğanlara tuşlansa da, əbədi qalibiyyət bizimlə olub və olacaqdır. Uzaq keçmişimizdə olduğu kimi, yaxın keçmişimiz də zamanın məngənəsinə tuşlandığı anlardandır. 19990-cı illər...
Bəli, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın işğalçılıq niyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
ONN İnformasiya Agentliyinin bu günkü qonağı o günlərin ağırlığını birbaşa çiyinlərində daşıyan, ictimai-siyasi fəal, peşəkar jurnalist, ömrünün böyük hissəsini bədii yaradıcılığa həsr etmiş, azərbaycanlı yazıçı, məşhur “91-lər” dən, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Tahir Tais oğlu Məmmədovdur.
- Tahir müəllim, xoş gördük sizi. Bilindiyi kimi, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, bu gün şanlı tariximizə “Tarixin dönüş anı”, kimi daxil oldu. O illərə sizinlə birgə çevrilib baxa bilərikmi?
— Hörmətli ONN-in oxucuları, hörmətli Aynur xanım, xoş gördük sizləri. İlk olaraq mən bu bayram münasibəti ilə hər kəsi təbrik edirəm. İlk sualınızı belə cavablayardım. 1993-cü ilin 15 İyun Azərbaycan xalqının taleyində əbədi il kimi, xilaskarlıq ili kimi tarixə həkk olunub və bütün dövrlər üçün bu belə olacaqdır. O illər bizim üçün daha da əlamətdardır. Yəni o adamlar ki, çünki biz ondan bir il əvvəl böyük Ulu Öndərə rəsmi müraciət etmişdik və dəfələrlə onun yanına gedib xahiş etmişik ki, ölkəni bu ağır gündən, sınaqlardan çıxarmaq üçün bir lider kimi mərkəzə - Bakıya rəhbərliyə gəlsin. Çünki o dövrkü hadisələr hamının yadında idi. Belə ki, hərcmərclik baş alıb gedirdi. Adicə çörək mağazalarının qarşısında uzun-uzadı növbələr, dava-dalaşlar, digər tərəfdən torpaqlarımız ard-arda işğal olunurdu. Belə ağır dönəmdə Azərbaycan xalqının çoxdan tanıdığı, qəlbən sevdiyi böyük şəxsiyyət kənarda niyə qalmalı idi? Beləliklə, biz ona rəsmi müraciət imzaladı və o, dərhal bizə hə cavabı vermədi, düşündü, hətta bir hadisəni də deyə bilərəm ki, o zaman Heydər Əliyev belə bir ifadə işlətdi ki, siz gəlmisiz 91 nəfər, amma gedin kim harada işləyirsə, kim hansı idarəni təmsil edirsə, o, ətrafında olan vətəndaşların, insanların da fikrini öyrənib mənə çatdırın və onlar da imzalasınlar ki, biz Heydər Əliyevi istəyirik. Biz gəlib hamımız ümumi dəftər tərtib edib imza topladıq. Bəli, 91- lər elə adamlar idi ki, o illərə çevrilib baxanda, həm qürur, həm kədər hissi keçiririk. O hadisələr bizim ruhumuzdan, qəlbimizdən, duyğu və düşüncələrimizdən keçib. O hadisələri bu gün xatırlamaq qürur doğurur, çünki bu gün artıq hər şey öz qaydasındadır. Torpaqlarımız azaddır. Vətən gülür, insanlar sevinir. Ancaq onda nə vəziyyət idi?.. Bütün bunların fövqündə, bütün bunların üfüqündə Heydər Əliyevin obrazı canlanır, o gəlməsə idi, ölkə nə günə qala bilərdi? Bircə bu sual,ölkə nə günə qala bilərdi? Bu çox dəhşətli düşüncələrdir.
— 1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəlindi. Bu, həlledici təklifi, təşəbbüsün formalaşması və irəli sürülməsi hansı kimlərin ideyası idi?
— 15 İyun ölkə başçısı gələndən sonra, iki gün sonra Milli Məclisdə qeyd etdi ki, hələ mən rəhbərliyə, Ali Sovet sədrliyinə hələ söz vermirəm, mən getməliyəm Gəncliyə, çünki orada qardaş qırğını gedir. Bilindiyi kimi Qiyamçı Polkovnik Surət Hüseynov tankları, topları, silahları ilə Bakıya hücum edirdi və artıq qardaş qanı tökülmüş, neçə insan ölmüşdü orada. Surət Hüseynovun ölüm, qan saçan silahlarının üstünə Gəncəyə Heydər Əliyev cibində barmaq boyda tapança gülləsi olmadan belə getdi. O, ölüm saçan tankların, topların üzərinə silahsız – ancaq öz təfəkkür və intelekti, düşüncə və böyük nüfuzu ilə gedib hadisələri ram etdi. Bütün orada qiyam qaldıranları yerinə otuzdurdu və Azərbaycanın xilası başladı. Çünki orada qardaş qanı tökülmüş, yüzlərlə adam ölmüşdü və tanklar Bakıya hücum edirdi. Bu çox faciəli hal idi. Bəlkə də Azərbaycan tarixində heç belə hadisə olmamışdı ki, qadrdş-qardaşın üzərinə tanla - tüfənglə gəlirdi. Gəncə sakitləşəndən sonra, orada qıyamçı polkovnikin adamlarını, özünü yoluna qoyduqdan sonra, Heydər Əliyev artıq arxayın halda Bakıya qayıtdı və dövlətçilik sükanının arxasına inamla keçdi.
— Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Yəni 1997-ci ilin 15 İyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir. Tahir müəllim, bu bayram haqqında fikirləriniz.
—1997-ci ilin 15 İyunundan həmin gün artıq bayramdır. Bu günlərdə biz o bayramı edirik. Siz çox gözəl vurğulamısınız, bəli, bayrama 1998-ci ildən dövlət bayramı kimi qeyd olunur. Mən ona obrazlı şəkildə Xilas Bayramı, Azadlıq bayramı deyərdim. Vətən bayramı deyərdim əslində. Bütün bunların hamısının müəllifi əslində Ulu Öndərimiz Heydər Əliyevdir.
— 1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan içtimai-siyasi, hərbi böhran 1993-cü ilin yayında özünün son həddinə çatdı. Ölkəmiz müstəqillik yoluna qədəm qoysa da, hələ müstəqil dövlətçilik ənənələri formalaşmamışdır. Bir-birini əvəz edən səriştəsiz, idarəetmədə naşı olan o vaxtkı dövlət rəhbərləri ölkədə elə xaos, anarxiya, özbaşınalıq yaratmışdılar ki, xalqın qanı bahasına qazanılmış müstəqillik artıq uçuruma doğru yuvarlanırdı. Savadsız rəhbərlərin məntiqsiz siyasəti nəticəsində torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt olunur, günahsız insanlar qətlə yetirilir, öz ata-baba yurdlarından didərgin salınanların sayı durmadan artırdı. Sizcə bizi az qala tənəzzül həddinə çatdıran nüanslar nə idi?
— Qeyd edim ki, bu da çox gözəl sualdır, gözəl vurğulamısınız, bu sual daha dərindir və bizi daha da uzaqlara aparır. 1988-ci ildə SSRİ də böhran, hərcmərclik baş alıb gedirdi. Həmin dövrlərdə bizə qarşı, Azərbaycana qarşı keçmiş SSRİ hökümətinin soyuq, deyərdim ki, ögey münasibəti və ən əsası ermənilərə olan məhəbbəti, ermənipərəs mövqeyi baş alıb gedirdi. Hamı bunu hiss edir, görürdü və H.Əliyevin Moskvada yüksək vəzifədən, Siyasi Bironun Üzvülüyündən,SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edilməsi ermənilərin ürəyindən idi. Ermənipərəst Qorboçovun əməlləri idi və bu Azərbaycanın böhranına, bədbəxtliyinə gedən bir yol idi. Çünki bilirdilər ki, Heydər Əliyev kimi düha sahibi, vətənni, xalqını sevən böyük şəxsiyyət yüksək vəzifədə ola-ola Azərbaycana heç bir təcavüz etmək olmaz, Azərbaycanın heç bir qarış torpağını da mənimsəmək olmaz, çünki Heydər Əliyev vətənini, xalqını sevən bir şəxsiyyət idi. Buna görə də ilk ondan başladılar ki, onu vəzifədən uzaqlaşdırdılar.
Bu hadisə ilə bağlı mən Heydər Əliyev haqqında həm namizədlik, həm doktorluq dissertasiyaların müəllifiyəm, arxivlərdə işləmişəm və çox adamın bilmədiyi bir hadisəni qeyd etmək istəyirəm. Deməli, mənfur Qorboçov Heydər Əliyevi otağına çağırıb deyir ki, sən infarkt keçirmisən (guya ona canı yanır) , buna görə də sən işləyə bilməzsən. Heydər Əliyev də özünü yaxşı, gümrah hiss etdiyini deyir. Qorboçov isə təkidlə bildirir ki, yox, sən getməlisən. Ulu Öndər mübahisə etmədən otağına qayıdır və onun katibliyinin rəisi, vətənpərvər ziyalı, Heydər Əliyevi və Azərbaycanı sevən bir şəxsiyyət, Camal Camalovla söhbətə başlayır və ondan soruşur ki, Camal, mən bunlara görəsən nə etmişəm? Camal Camalov da öz xatirələrində yazır ki, Kremldə beşinci günlər saat 5-6 dan sonra heç kim yerində olmurdu. Hamı istirahətə gedirdi.Orada gec vaxtlara qədər yeganə işləyən Heydər Əliyev idi. Hətta belə bir hadisə də olmuşdu ki, onun himayəliyi altında işləyən rus vətəndaşları bir dəfə Heydər Əliyevə etiraz ediblər ki, bu nə deməkdir, biz işdən sonra da qalıb işləyirik. Axı, belə bir şey siz gələnə qədər olmayıb.Heydər Əliyev də deyib ki, mənim iş metodum budur, hər zaman belə işləmişəm və bundan sonra da belə olacaq.
— Siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qoymuşdu. Müstəqil Azərbaycanı xarici işğaldan və daxili parçalanmadan qoruya biləcək şəxsiyyət və milli lider yox idi. O zaman xalqın belə bir milli liderə çox böyük ehtiyacı vardı. Xalq öz nicat yolunu Ümumilli lider, tarixi şəxsiyyət Heydər Əliyevdə görürdü. Heydər Əliyevi yenidən siyasi hakimiyyətində görür, təkidli, çoxsaylı çağırışlarla onu gözləyirdi. Xalq tərəfindən atılan bu addımı necə dəyərləndirirsiniz? Çünki qayıdışın daha bir nəticəsi xalqın həm də özünəinam hissinin bərpası idi.
— Bəli, siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qoymuşdu. Bayaq qeyd etdiyim kimi, Azərbaycan parçalanmaq təhlükəsi altında idi. Bu yanda, şimalda Sadval cəmiyyəti yaradıb Quba, Qusar və s. bir neçə rayonları ayırmaq, cənubda Talış-Mugam respublikası yaratmaq və s. dəhşətli hadisələr idi. Onların başında idə separatçı adamlar dayanırdı. Ancaq onlar sonda bildilər ki, məkirli niyətlərinə heç vaxt nail ola bilməyəcəklər. Çünki onların arxasında böyük lider Heydər Əliyev var idi və o bunların qarşısını qətiyyətlə aldı. Azərbaycan daxildən parçalanmadan dayandı. Azərbaycan xalqı Heydər Əliyev ətrafında birləşdi.
— Azərbaycan dövləti artıq qurulub. Azərbaycan dövləti artıq öz tarixinə doğru inamlı addımlar atır. Bütün bunların başlanğıcı bir neçə il faciələrdən, fəlakətlərdən, qurtuluş anından başlayır. Ulu öndər Heydər Əliyev özü necə də müdrikcəsinə deyib: “Tarix nədən yaranır? Tarixi insanlar yaradır. İnsanların şəxsiyyəti tarixi yaradır-əgər onlar şəxsiyyətdirlərsə”. Tahir müəllim, üzaqgörən vətən ziyalısı kimi bəs sizcə tarix nədən yaranır?
— Artıq Azərbaycanda Heydər Əliyevin böyük zəkası ilə dinc quruculuq işləri başlamışdı. Böyük hadisələr - atəşkəsə nail olunmuşdu müvəqqəti olaraq. Ən böyük uğurlardan biri 20 sentyabrda “Əsrin müqaviləsi” sayılan neft müqaviləsinin imzalanması, hansı ki, bu gün onun bəhrələrini görürük. Azərbaycanın nəhəng inkişafı, quruculuq, bu dəqiqə Qarabağda gedən bütün tikintilər, bütün bu uğurlar hamısı o neft müqaviləsinin həyata keçirilməsi, Azərbaycana milyardlarla vəsait gətirilməsi ilə bağlıdır. Bu da Heydər Əliyevin uzaqgörən siyasəti idi.
O zaman çox mane olurdular. Çox insanlar, çox ölkələr inanmırdı ki, müharibə gedən ölkədə neft müqaviləsi imzalana bilər, Azərbaycanın nəhəng inkişafı baş verə bilər.
— Heydər Əliyev böyük rəmz idi. Ağıl, idrak rəmzi, siyasətdə düzgün və birbaşa siyasətin müəllifi, ustadı idi.
Hələ Naxçıvanda olanda üçrəngli bayrağı-Demokratik Cümhuriyyətin bayrağını qəbul etmiş, Azərbaycan Sovetlər İttifaqının məngənəsində çabaladığı vaxtlarda o, tarixi varisliyi-tarixi əlaqəni, mənəvi körpünü bərpa etmişdi. Heydər Əliyev keçmişin qədrini yaxşı bilirdi. Tarixi əziz tutur, tarixdən faydalanmağı yaxşı bacarırdı. Tarix onun üçün uzaq gələcəyi göstərən teleskop idi. O, gələcəyi tarixin gözü ilə görə bilirdi. Siz isə bir ziyalı kimi bunu canlı görən və yaxından müşahidə edən insanlardansınız. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
— Bu sual da çox gözəldir. Bəli, haqlısınız, Heydər Əliyev böyük rəmz idi. Ağıl, idrak rəmzi, böyük şəxsiyyət rəmzi idi. Ən böyük hadisələrin fonunda ləyaqətlə duran, Azərbaycanı sevən, qoruyan bir böyüklük rəmzi idi. Heydər Əliye vAzərbaycanın özü demək idi. O, Azərbaycan, Azərbaycan isəHeydər Əliyevin özü demək idi, bu mənada bu sual çox gözəl və aktualdır. Bütün parametrlərə görə Heydər Əliyev tarixi şəxsiyyətdir. Obrazlı şəkildə desək onun şəxsiyyətinin miqyası ölçüyəgəlməzdir. Bu bütün Azərbaycanı əhatə edir. Təkcə Azərbaycanda yox, dünyanın xəritəsində Azərbaycanı hər yerdə göstərir. Bir məsəl var: “Artıq bu gün Azərbaycan dünya gəzir.
— Tahir müəllim, yeni dövr tariximizdə belə bir səhifə var: “91-lər hərəkatı” və siz 91 - lərin layiqli simalarından birisiniz. “Qızıl fond” sunuz. Bizə çətin, məşşəqqətli və bir o qədər də rəşadətli yolunuzdan bəhs edə bilərsinizmi?
— Sual çox maraqlıdır. 91-lər hərəkatı. Bəli, Heydər Əliyev bizi —91-ləri Yeni Azərbaycan Partiyasının indiki gündən-günə çiçəklənən hakimYeni Azərbaycan Partiyasının “Qızıl Fonu” adlandırırdı. Onların bir neçəsi haqqında deyə bilərəm ki, onlar adi, siravi adamlar deyildi. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olan, Ziya Bünyadov, Akademik Fərəməz Maqsudov, Professor Murtuz Ələsgərov, Səfiyar Musayev, Şahlar Əsgərov, Akademik Novruz Quliyev, Professor Əjdər İsmayılov, Xətai Rayon YAP-ın sədri Vüqar Rəhimzadə və s. çox tanınmış adamlar var o siyahıda. Gözəl, humanist insanlar, elm adamları, hətta gənc adamlar da var idi. Heydər Əliyev bizi tək-tək qəbul edib bizdən xalqın yaşayışını, rifahını xəbər alırdı. Töfsiyyələrini verib, sözünü deyirdi. Bütün bunlar hamısı bizim gözümüz qarşsında baş verib.
— Tahir müəllim, bu dövr ərzində həm ictimai-siyasi fəaliyyət göstərmiş, həm də peşəkar jurnalist kimi bədii yaradıcılıqla məşğul olmusunuz. Siz həm siyasi arenada, həm də dövri mətbuatda layiqincə dövlətimizə və dövlətçiliyimizə məhsuldar töhfələr vermisiniz. İstərdik ki, ONN – in oxucularına bu günkü fikirlərinizi çatdırasınız.
— Bu gün Heydər Əliyevin ən böyük yaradıcılığından, ən böyük əsərlərindən biri də bu günkü prezidentimiz cənab İlham Əliyevdir. O, Heydər Əliyevin əbədi, canlı əsəridir və Azərbaycana bəxş etdiyi ən böyük mənəvi sərvətdir. Heydər Əliyevin çatdırıb həyata keçirə bilmədiyi ən nəhəng işləri İlham Əliyyev həyata keçirdi. Azərbaycanı iqtisadi cəhətdən gücləndirib xarici ölkələrlə əsl diplomatik canlı əlaqələr yaratdı. Dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır. Torpağı mənfur düşmənlərdən təmizlədi. Azərbaycanı bütövləşdirdi. 200 ildə görülməyən işləri İlham Əliyev gördü. Mən gələcəyin ən gözəl günlərini İlham Əliyevdə görürəm. Mən bir alim və yazıçı kimi bütün yaradıcı adamlara fürsətdən istifadə edib bir töfsiyyəmi demək istəyirəm. Hər kəsə bir təklifim və bir xahişim var. Ulu öndərimiz böyük düha və dünya şöhrət sahibi Heydər Əliyev haqqında onun nəhəng işlərinin çox hissəsi hələ açılmayıb. Arzu edərdim ki, onun haqqında filmlər çəkilsin, bədii əsərlər yazılsın. “Mən vətənini Heydər Əliyev qədər sevən ikinci adam tanımıram”. Mən Heydər Əliyev haqqında söylənən bu fikrə qoşuluram. Gəlin biz də Heydər Əliyev irsinə diqqət və bir o qədər də məhəbbətlə yanaşaq. Bu ay başdan-başa Heydər Əliyev ayıdır. Tək keçən il yox, bütün illər Heydər Əliyev ilidir.
Bəli, biz qürurluyuq. Şanlı qalibiyyətimiz, rəşadətli ordunmuz, öncül siyasətimizlə nər meydanındayıq.
— Bu gün biz qalib dövlətin qalib xalqıyıq. Dünyaya haqq savaşımızda qalib gəlməyimizi, “dəmir yumruq” a çevrilib mətinliyimizi sübut etdik. Qürurluyuq. Şanlı qalibiyyətimiz, rəşadətli ordunmuz, öncül siyasətimizlə nər meydanındayıq. Bizə bayram yaraşır. Layiqik. Bu münasibətlə xalqımızı necə təbrik etmək istərdiniz?
— İlk olaraq qeyd edim ki, yönləndirdiyiniz sualların hər biri bu günlə səsləşir, bu günlə bağlıdır. Təkcə bu günlə yox, ümümiyyətlə ölkəmizin taleyi ilə, keçmişi, bu günü və hətta mən deyərdim ki, gələcəyi ilə bağlı suallardır. Çox sag olun, olduqca peşəkarcasına, geniş, əhatəli suallar hazırlamısınız. ONN İnformasiya Agentliyinin oxucularına, bütövlükdə xalqımıza bu gözəl, əlamətdar gün münasibəti ilə deyə bilərəm ki, gəlin vətənimizi Ulu Öndər qədər sevək və Cənab prezidentimiz İlham Əliyevin ətrafında “Dəmir Yumruğa” dönək! Sağ olun.
Aynur Turan.