"Qarabağ"ın oyunu buna görə gecikir

"Qarabağ"ın oyunu buna görə gecikir


Hazırda Londonda yollarda yaranan avtomobil sıxlığına görə “Qarabağ” futbolçularını daşıyan avtobus tıxaca düşüb.

ONN media xəbər verir ki, bu barədə CBC Sport-un canlı yayımında məlumat verilib.

Bildirilib ki, bu səbəbdən “Tottenhem” - “Qarabağ” matçının gec başlayacağı ehtimal olunur.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində “Tottenhem” (İngiltərə) – "Qarabağ"la qarşılaşacaq. Oyun "Tottenhem Hotspur" stadionunda keçiriləcək.

Əlavə edək ki, daha əvvəl matçın Bakı vaxtı ilə saat 23:00-da başlayacağı bildirilirdi.

***

"Qarabağ" klubunun heyəti Londonda tıxaca düşdüyündən oyun gözlənildiyi vaxtdan yarım saat gec, 23:35-də başlayacaq.

Bu barədə “Skay Sports” məlumat yayıb.

Geri qayıt