Ceyhun Bayramov Hakan Fidanla görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.