Perunun Azərbaycana yeni səfiri - təyin edildi

Perunun Azərbaycana yeni səfiri - təyin edildi


Peru hökuməti Mariya Kastanyon Seoanı Azərbaycanda  fövqəladə və səlahiyyətli səfiri elan edib.

ONN media xəbər verir ki,  bununla bağlı müvafiq sənədi Peru Prezidenti Martin Alberto Viskarra Kornexo və xarici işlər naziri Nestor Popolisio imzalayıb.

Qeyd edək ki, Perunun Azərbaycandakı səfirliyi 2017-cu ilin iyunundan fəaliyyətə başlayıb.

İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ildə qurulub.

Geri qayıt