Əliyev və Paşinyan görüşə bilər?

Əliyev və Paşinyan görüşə bilər?
Yaxın vaxtlarda İrəvanla Bakı arasında dövlət başçıları formatında danışıqlar baş tuta bilər.

ONN media xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Ermənistanla Azərbaycan arasında müzakirələr davam edir və onların davam etdirilməsi ilə bağlı razılıq var. İstisna etmirəm ki, yaxın gələcəkdə həm dövlət başçıları, həm də xarici işlər nazirləri formatında müzakirələr davam edəcək”, - o bildirib.
Onun sözlərinə görə, bu proseslər sülh sazişinin imzalanma vaxtını və yerini müəyyən etməyə yönəlib
Geri qayıt