İlham Əliyev Macarıstana səfərə getdi

İlham Əliyev Macarıstana səfərə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gedib.

ONN media xəbər verir ki, paytaxt Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Macarıstanın Avropa Birliyi məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar.
Geri qayıt