İlham Əliyev bu tarixdə Türkiyəyə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.
ONN media xəbər verir ki, bunu Türkiyənin şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum deyib.
Onun sözlərinə görə, iyunun 17-də Qəhrəmanmaraş vilayətində Azərbaycan hökumətinin dəstəyi ilə tikilən “Azərbaycan məhəlləsi" istifadəyə veriləcək.
“İyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 250 mininci mənzil sahiblərinə təqdim olunacaq”, - nazir vurğulayıb