Şahbaz Şərif Azərbaycana səfərə gələcək

Şahbaz Şərif Azərbaycana səfərə gələcək
Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər etməyə hazırlaşır.

ONN media xəbər verir ki, bu barədə "Deyli Tayms" məlumat yayıb.
Səfər Hindistanla artan gərginlik fonunda diplomatik əlaqələri gücləndirmək və dəstək qazanmaq məqsədi daşıyır.
O, Hindistanla davam edən qarşıdurma zamanı göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmək üçün bu ölkələrin yüksək səviyyəli liderləri ilə görüşəcək.
Geri qayıt