XİN rəsmi məlumat yaydı

XİN rəsmi məlumat yaydı
Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həlak olan Azərbaycanlılarla bağlı bəyanat yayıb.
ONN media xəbər verir ki, bəyanatda deyilir:
"27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.
Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik"
Geri qayıt