Suriya prezidenti Azərbaycana səfərə gəldi

Suriya prezidenti Azərbaycana səfərə gəldi
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
ONN media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Suriya Prezidenti Əhməd əş-Şaranı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Geri qayıt