Trampdan İlham Əliyevə xüsusi dəvət
ABŞ Prezidenti Donald Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməsindən çox qürur duyuruq.
ONN media xəbər verir ki, bunu Qırğızıstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Edil Baysalov deyib.
“Onlardan yalnız birinin dəvəti belə bizi çox sevindirərdi, lakin hər üç lider G20 sammitində Trampın şəxsi qonağı olacaq”, - o bildirib.
Qeyd edək ki, G20 Liderlər Sammitinin bu il 14–15 dekabr tarixlərində Mayamidə keçirilməsi planlaşdırılır. Azərbaycanın adı da sammitə dəvət olunan ölkələrin rəsmi siyahısında yer alır.
