Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan XİN X sosial şəbəkə hesabında paylaşım edib.
"Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk. 15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!", - paylaşımda bildirilib.
Geri qayıt