İmperator İlham Əliyevə təbrik məktubu ünvanladı

İmperator İlham Əliyevə təbrik məktubu ünvanladı


Yaponiyanın imperatoru Akihito Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ONN media xəbər verir ki, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edən Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizə xoşbəxtlik və Azərbaycan xalqına rifah arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram”.

Geri qayıt