Prezident yol tikintisinə doqquz milyona yaxın pul ayırdı

Prezident yol tikintisinə doqquz milyona yaxın pul ayırdı


Azərbaycan prezidenti İlham Əliyev Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisinə pul ayırıb. 

ONN media xəbər verir ki, doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 8,9 milyon (səkkiz milyon doqquz yüz min) manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Geri qayıt