AŞPA-ya müvəqqəti prezident seçildi

AŞPA-ya müvəqqəti prezident seçildi


Lilyan Mori Paskye (Lilian Maury-Pasaquier) AŞPA-nın yay sessiyası müddətində prezident seçilib.

ONN media xəbər verir ki, o, yay sessiyası müddətində AŞPA-nın müvəqqəti prezidenti olacaq.

1956-cı ildə Cenevrədə anadan olan Lilyan Mori Paskye İsveçrənin sosial Partiyasının üzvüdür.

Qeyd edək ki, bu ilin mart ayında Mikele Nikoletti İtaliya parlamentində növbəti seçkilər zamanı yenidən seçilə bilməməsi ilə əlaqədar AŞPA-nın rəhbərliyindən kənarlaşdırılıb.

Geri qayıt