Azərbaycan QDİƏT-in Ermənistandakı iclasında iştirak edəcək

Azərbaycan QDİƏT-in Ermənistandakı iclasında iştirak edəcək


27 iyun tarixində Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Bunu ONN media-ya XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycana keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək.

Geri qayıt