Yeni nazir təyin edildi
ONN xəbər verir ki, iyunun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Bəhruz Surxay oğlu Bayramovun Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi barədə fərman imzalayıb.
Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.
