Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü olacaq

Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü olacaq


Azərbaycan və Ermənistan xarici işlər nazirinin növbəti görüşü Brüsseldə keçiriləcək.

ONN media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

E.Məmmədyarov qeyd edib ki, iyulun 11-də Brüsseldə NATO-nun Zirvə toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistanın xarici işlər naziri ilə görüş keçiriləcək.

Onun sözlərinə görə, artıq Minsk qrupunun həmsədrləri də bu görüşlə bağlı işləri yekunlaşdırıblar. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Geri qayıt