İlham Əliyev Monqolustan prezidentinə məktub göndərib

İlham Əliyev Monqolustan prezidentinə məktub göndərib


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Monqolustanın prezidenti  Xaltmaa Battulqaya təbrik məktubu göndərib.

ONN media xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Monqolustanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram”.

Geri qayıt