Prezident yol tikintisinə səkkiz milyon pul ayırdı

Prezident yol tikintisinə səkkiz milyon pul ayırdı


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzalayıb. 

ONN media xəbər verir ki, sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Cəyirli–Alpout avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,0 (səkkiz) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Sərəncamın icrası məqsədi ilə maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə edilib

Geri qayıt