Prezident Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin etdi
Prezident İlham Əliyev Ceyran Mahmudovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
ONN media xəbər verir ki, sərəncamla Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, musiqişünas Ceyran Mahmudova mərhum bəstəkar Emin Sabitoğlunun qızıdır.
