Azərbaycan XİN rusiyalı jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verdi

Azərbaycan XİN rusiyalı jurnalistlərin ölümü ilə əlaqədar başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mərkəzi Afrika Respublikasında (MAR) rusiyalı jurnalistlərin vəfatı ilə əlaqədar başsağlığı verib.

ONN media xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yayılıb.

Başsağlığında deyilir: "MAR-da faciəli şəkildə ölən rusiyalı jurnalistlərin doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, dünən MAR-da 3 rusiyalı jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kiril Radçenko öldürülüb.

Geri qayıt