Prezident Aşıq Məhərrəmlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Məhərrəm Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ONN media xəbər verir ki, Azərbaycan aşıq sənətinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Paşa oğlu Qasımlı “Şöhrət” ordeni ilə təltif edilib.