İlham Əliyev Hindistanın prezidentinə başsağlığı verdi

İlham Əliyev Hindistanın prezidentinə başsağlığı verdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Ram Nat Kovində başsağlığı məktubu göndərib.

ONN media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş irimiqyaslı daşqınlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Geri qayıt