ATƏT-in Baş katibi Azərbaycana səfərə gəlib

ATƏT-in Baş katibi Azərbaycana səfərə gəlib


Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Azərbaycanda səfərdədir.

ONN media xəbər verir ki, bu gün Baş katibin ölkə rəsmiləri, eləcə də XİN-də görüşləri nəzərdə tutulur. Bundan başqa, ATƏT-in Baş katibinin Ələtdə limanı ziyarət edəcəyi də gözlənilir.

T.Qreminger həmçinin ADA Universitetində mühazirə ilə çıxış edəcək.

Geri qayıt