Putin: "MDB ölkələri sabitlik və təhlükəsizliyi gücləndirəcək"

Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə bəyan edib ki, birliyə daxil olan ölkələr özlərinin sosial-iqtisadi inkişaf, sabitlik və təhlükəsizlik gücləndirilməsi istqamətində üzrə işi davam etdirəcəklər.
ONN media TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti ölkələr arasındakı əmtəə dövriyyəsinin kəskin artımını da qeyd edib. Belə ki, 10 ay ərzindəki məlumata görə, dovriyyə 1/3 artıb.
"Əminəm ki, MDB çərçivəsində müxtəlif sahələrdə əlaqələrin sonrakı dərinləşməsi xalqlarımızın əsas maraqlarına cavab verir. Sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, sosial-iqtisadi məsələlərin həlli istiqamətində işlərimizi davam etdirəcəyik," - deyə V.Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, il ərzində quruma daxil üzv ölkələri arasında inteqrasiya, xidmətlərin üzv ölkələrə daşınması üzrə maneələrin aradan qaldırılması, terrorçuluqla mübarizə istiqamətlərində mühüm səylər göstərilib.