Ərdoğandan ŞOK- Türkiyə 3 günə hərbi əməliyyata başlayır

Türkiyə 2-3 gün ərzində Suriyanın şimalında, Mənbic bölgəsində PKK-nın Suriya qanadı və PYD/YPG-yə qarşı yeni hərbi əməliyyatlara başlayacaq.
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Suriyadakı terrorçuların arasında amerikalı əsgərlər də var:
"ABŞ Türkiyəyə PKK-nın Suriya qanadı və PYD/YPG-ni dəstəkləməyəcəyinə söz versə də, rəsmi Vaşinqton vədinə xilaf çıxdı".