Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifəsindən azad etdi

Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifəsindən azad etdi

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifəsindən azad edib.

ONN media xəbər verir ki, bu barədə prezidentin bu gün imzaladığı fərmanda bildirilir.

Fərmanda qeyd olunur: "Aleksandr Mişenko Pavloviç Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində təyin olunub. Daha öncə o, Ukraynanın Türkiyə və Avstraliyadakı səfiri vəzifələrini tutub.

Geri qayıt