Məmmədyarov erməni həmkarı ilə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan arasında görüş olacaq.
ONN media XİN-ə istinadən xəbər verir ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin yanvarın 16-da Parisdə keçiriləcək. Görüşdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.