İsmayıllıda modul tipli məktəb quraşdırılıb

İsmayıllıda modul tipli məktəb quraşdırılıb


Yanvarın 24-də Təhsil Nazirliyi İsmayıllı rayonuna mediatur təşkil edib.

ONN media xəbər verir ki, media nümayəndələri və təhsil ekspertləri Gəndov kəndindəki modul tipli məktəblə, daha sonra Lahıc qəsəbə tam orta məktəbi ilə tanış olublar. 

İlk dəfə ucqar kəndlərdə qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi İsmayıllıda tətbiq edilib. Bildirilib ki, 2018-ci ildə quraşdırılan məktəbdə 44 şagird təhsil alır. 

Qeyd edək ki, modul tipli məktəblərin üstünlüyü sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Daha sonra qonaqlar işə yeni qəbul olunmuş müəllimlərin dərs prosesini izləyiblər.

Geri qayıt