İlham Əliyev Hindistan prezidentinə məktub göndərdi

İlham Əliyev Hindistan prezidentinə məktub göndərdi

Prezident İlham Əliyev Hindistan Respublikasının Prezidenti Ram Nat Kovində məktub göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Hindistan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Hindistan əlaqələri tarixən təşəkkül tapmış xoş ənənələrə malikdir. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bu ənənələri daha da zənginləşdirəcəkdir.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Geri qayıt