Qaraçay-Çərkəz Respublikasının rəhbəri Azərbaycana gələcək

Qaraçay-Çərkəz Respublikasının rəhbəri Azərbaycana gələcək


Fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

İqtisadiyyat Nazirliyindən ONN media-ya verilən məlumata görə, səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.

Qaraçay-Çərkəz Respublikası nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.

Geri qayıt