Ramazanın 19-cu gününün duası, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 24-də Bakıda imsak saat 03:32, iftar isə saat 20:14-dədir. Ramazan ayının 19-cu gününün duası: "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:
"İlahi, bu ayın bərəkətindən nəsibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə doğru asanlaşdır və məni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etmə, ey açıq-aşkar haqqa hidayət edən Allah!" Allah orucunuzu qəbul etsin!