Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 25-ci günüdür. ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 30-da Bakıda imsak saat 03:26, iftar isə saat 20:19-dadır. Ramazan ayının 25-ci gününün duası: "Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin". Tərcüməsi: "İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!" Allah orucunuzu qəbul etsin!