Ramazanın 27-ci gününün duası: imsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 1-də imsak saat 03:24-də, iftar isə saat 20:21-dədir. Ramazan ayının 27-ci gününün duası: "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin". Tərcüməsi:
"İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!"