Priqojindən Putinə: Müharibəni dayandır!

Vaqner” hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Rusiya hakimiyyətinə “xüsusi hərbi əməliyyat”ı dayandırmağı və işğal olunmuş ərazilərdə möhkəmlənməyi məsləhət görüb.

ONN media xəbər verir ki, bu barədə Priqojinin mətbuat xidmətinin məlumatında deyilir.

“İdeal variant müharibənin başa çatdığını elan etmək, hamıya “xüsusi hərbi əməliyyat”da Rusiyanın planlaşdırdığı nəticələr əldə etdiyini açıqlamaqdan ibarətdir. Ukraynanın xeyli döyüşçüsünü öldürdük və əməliyyat tapşırığının tamamlandığını söyləyə bilərik”, – deyə Priqojin bildirib.