Putin bu gün Mahmud Abbasla görüşəcək

Rusiya prezidenti Vladimir Putin fevralın 12-də Moskvada Fələstin lideri Mahmud Abbasla görüşəcək. 

ONN media-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, fevralın 11-də Soçidə keçiriləcəyi gözlənilən görüşün vaxtı və yeri təyyarə qəzası səbəbindən  dəyişdirilib. 

Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, görüşün əsas mövzusunun İsrail-Fələstin nizamlanmasının yeni çoxtərəfli formatının yaradılması məsələsi olacağı gözlənilir. 

Onun sözlərinə görə, görüşdə həmçinin Fələstinə iqtisadi dəstəyin genişləndirilməsi məsələsi müzakirə ediləcəyi planlaşdırılır.