Putin bu məsələ ilə bağlı yeni sərəncam imzaladı

Rusiya prezidenti Vladimir Putin “İgidliyə görə” medalının təsis edilməsinə qərar verib. 

ONN media xəbər verir ki, müvafiq fərman rəsmi internet portalında dərc olunub.

“Rusiya Federasiyasının dövlət təltifləri sistemini daha da təkmilləşdirmək məqsədi ilə qərara alıram: 1. “İgidliyə görə” medalı təsis edilsin”, – sərəncamda deyilir.

Sənəd martın 23-də dövlət başçısı tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

“İgidliyə görə” medalı Rusiya Federasiyasının vətəndaşlarına Vətəni və Rusiya Federasiyasının dövlət maraqlarını, habelə beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün döyüş və digər əməliyyatlar zamanı göstərdikləri şücaət və cəsarətə görə verilir”, – sərəncamda deyilir.

Göstərilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də medalla təltif oluna bilərlər.