ONN İnformasiya Agentliyi

Putin: “MDB ölkələri sabitlik və təhlükəsizliyi gücləndirəcək”

Putin: “MDB ölkələri sabitlik və təhlükəsizliyi gücləndirəcək”
26 Dekabr 2017 - 23:55

Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə bəyan edib ki, birliyə daxil olan ölkələr özlərinin sosial-iqtisadi inkişaf, sabitlik və təhlükəsizlik gücləndirilməsi istqamətində üzrə işi davam etdirəcəklər.

ONN media TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti ölkələr arasındakı əmtəə dövriyyəsinin kəskin artımını da qeyd edib. Belə ki, 10 ay ərzindəki məlumata görə, dovriyyə 1/3 artıb.

"Əminəm ki, MDB çərçivəsində müxtəlif sahələrdə əlaqələrin sonrakı dərinləşməsi xalqlarımızın əsas maraqlarına cavab verir. Sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, sosial-iqtisadi məsələlərin həlli istiqamətində işlərimizi davam etdirəcəyik," – deyə V.Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, il ərzində quruma daxil üzv ölkələri arasında inteqrasiya, xidmətlərin üzv ölkələrə daşınması üzrə maneələrin aradan qaldırılması, terrorçuluqla mübarizə istiqamətlərində mühüm səylər göstərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png