ONN İnformasiya Agentliyi

Putin-Tramp görüşü niyə baş tutmadı? – Lavrovdan İTTİHAM – VİDEO

Putin-Tramp görüşü niyə baş tutmadı? – Lavrovdan İTTİHAM – VİDEO
10 Noyabr 2017 - 16:39
Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın görüşü “Amerika bürokratiyası”na görə baş tutmadı.
ONN media UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu “Rossiya 1” telekanalına açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Amerika tərəfi danışıqların təşəbbüskarı idi. Biz Trampın bəyanatını eşidirdik ki, o Putinlə görüşmək istəyir. Yalnız Trampın bürokratları görüşün niyə olmayacağını izah edə bilərlər”, – Lavrov bildirib.
Qeyd edək ki, ABŞ liderinin mətbuat katibi Sara Sanders Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ATES) sammitində Putinlə Trampın rəsmi görüşünün olmayacağını bildirib. Mətbuat katibinin sözlərinə görə, buna səbəb Ağ Evin başçısının sıx qrafikidir. Halbuki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Vyetnamda görüşün olacağı barədə xəbəri təsdiqləmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png