ONN İnformasiya Agentliyi

Qafarova Duda ilə niyə görüşdü?

Qafarova Duda ilə niyə görüşdü?
18 Aprel 2023 - 17:46

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Polşanın paytaxtı Varşava şəhərinə rəsmi səfərə gedib.

ONN media xəbər verir ki, S.Qafarova səfər çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb.

“Cənab Andjey Duda ilə görüşməkdən böyük məmnunluq duyduq. Görüşdə bir daha ölkələrimizin hər zaman dost ölkələr olduğu, bu münasibətlərimizin ildən-ilə daha da inkişaf etdiyi qeyd olundu”, – spiker bildirib.

Qeyd edək ki, S. Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin tərkibinə deputatlar – Səttar Möhbalıyev, Vüqar Bayramov, Elman Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin sədri Polşa Seyminin və Senatının sədrləri ilə görüşləri, həmçinin “Azərbaycanda Polşa irsinin inciləri” sərgisinin açılışında və Varşava Universitetində çıxışları nəzərdə tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png