Qafarovadan Ağdam TƏBRİKİ

Milli Məclisin sədri Sahibə Qafarova Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

ONN media  xəbər verir ki, spiker bununla bağlı “Facebook” hesabında paylaşım edib.

O qeyd edilib ki, bu gün Ordumuz 27 ildir erməni tapdağı altında qalan qədim şəhərimiz Ağdama girib və şəhərimizdə milli suverenliyimizi bərpa edib.

“Yaşasın Ali Baş Komandan, yaşasın qüdrətli Azərbaycan Ordususu. Qarabağ Azərbaycandır!”, – deyə S.Qafarova vurğulayıb.