ONN İnformasiya Agentliyi

Qanuna dəyişiklik qəbul edildi

Qanuna dəyişiklik qəbul edildi
06 Avqust 2020 - 13:42

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası “İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi haqqında” qanuna təklif olunan dəyişiklikləri ikinci oxunuşda qəbul edib.

ONN media  xəbər verir ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərcləri 151,2 milyon manat məbləğində təsdiq edilib.

Bu isə o deməkdir ki, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat və ya 18 faiz çoxdur. Həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verib.

İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png